
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edən Cabir Əhmədovun oğlu Yolçu Əhmədov da 3 il öncə avtoqəzada vəfat edib.
GuNXeBeR.Az-ın əldə etdiyi məlumata görə, Yolçu Əhmədov Vətən müharibəsi iştirakçısı olub.
O, 2022-ci il iyunun 16-da Bakı-Ələt yolunda sərnişini olduğu avtomobilin yük maşını ilə toqquşması nəticəsində vəfat edib.
Qeyd edək ki, Yolçu Cabir oğlu Əhmədov 2002-ci ilin iyulun 27-də Kürdəmir rayonu Şilyan kəndində anadan olub. 2008-ci ildə Zahid Əhmədov adına Kürdəmir rayonu Şilyan kənd tam orta məktəbinin birinci sinfinə daxil olub və 2018-ci ildə həmin məktəbi bitirib. 2019-cu ilin iyul ayının 29-u hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayandan ön cəbhədə döyüşüb. Göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Füzuli rayonunun azad olunmasına görə” və “Xocavənd rayonunun azad olunmasına görə ” medalları ilə təltif edilib.

