Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

GunXeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, Günay Qurbanova finalda italiyalı (U20) dünya və Avropa çempionu Aurora Russoya 4:0 hesabıyla qalib gələrək (U23) Avropa çempionu olub.