44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib.

Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib.

Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib