Gəncə Şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, Gülbəniz Bayramova bir il əvvəl bu vəzifəyə təyin olunmuşdu.

Qeyd edək ki, fəaliyyəti dönəmində etdiyi ciddi nöqsanlara görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona şiddətli töhmət verilib. Direktora töhmətdən sonra sonuncu dəfə xəbərdarlıq edilmişdi.