
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtomobil yanıb.
Gunxeber.Az xəbər verir ki, qaz balonu quraşdırılmış “Chevrolet Cobalt” markalı avtomobildə yanğın olub.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb:
“FHN-in “112” qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində “Chevrolet Cobalt” markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub”.