Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər.

Gunxeber.Az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Svetlana Məmmədova və Rafet Fərzəliyev xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

Svetlana Məmmədova hadisə yerində dünyasını dəyişib, Rafet Fərzəliyev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.