
Bir neçə gündür davamlı yağan qar paytaxt həyatını iflic edib. Tək Bakıda deyil, bölgələrdə də yaranan vəziyyət ürəkaçan deyil. Lakin, qar yağmadan əvvəl “Bakı qışa hazırdı” deyilirdi. Buna baxmayaraq indiki şərait və yağan qara görə baş verən qəzalar, xəsarətlər vəs. bunun əksini göstərir. Bəs, Bakı nəqliyyatı və avtomobil yolları nə zaman qışa hazır olacaq?
Mövzu ilə bağlı Gunxeber.Az-a nəqliyyat eksperti Aslan Əsədov danışıb.
O, açıqlamasında qeyd edib ki, Bakının qışa hər zaman hazır olmağı üçün adiyyatı qurumlar tərəfindən mütəmadi işlər görülməlidir:
“Bakının qışa hazırlığı fərqlidir. Hava şəraiti mülayim keçdiyi üçün adiyyatı qurumlarda rahatlıq yaranır. Hazırda isə Xəzər dənizindən gələn soyuq hava kütlələrinin axını ilə Bakıda sərt qış günlərini yaşanır. Buna görə də adiyyatı qurumlar tərəfindən mütəmadi işlər görülməlidir. Duz alınması, məntəqələr üzrə bölüşdürülməsi, texnikaların işlək vəziyyətdə ərazilərdə hazır saxlanılması mütləq həyata keçirilməlidir. Avtomobil yolları üçün bu işlərin görülməsi, hər bir texnikanın işlək vəziyyətə gətirilməsi qarşımızda duran əsas praqmatik məsələlərdir. Küçələrin təmizləməsində elə texniklarından istifadə edilməlidir ki, avtomobil infrastrukturuna zərər verməsin”.