
Bakıda yol-nəqliyyat hadisələri qeydə alınıb.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti, Əmircan-Bülbülə döngəsində yolun buzlu olması səbəbindən bir neçə avtomobilin iştirakı ilə qəzalar olub.
