Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşdi.
Gunxeber.Az bildirir ki, bu gün keçirilən tay-brek görüşlərində sensasiya qeydə alınıb. Azərbaycan çempionatının ötən ilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşdı (2,5-3,5).
Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırdı (3-1). Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk etdi (1,5-2,5)
Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü oldu 3-1. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazandı 2,5-1,5.
Sabah Azərbaycan çempionatında yarımfinal başlayır.








