![](https://gunxeber.az/wp-content/uploads/2025/01/27fSBqqMYU9ZGnVzjSIUY2ZfNq4rjndXFqiyi2zt_1200.webp)
Paytaxtın Nizami rayonunda “8-ci kilometr bazarı” adlanan ərazidə avtobusların düzgün dayanmaması sıxlığın yaranmasına və digər sürücülərin haqlı narazılığına gətirib çıxarıb.
GuNXeBeR.Az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə müraciət daxil olub.
Bildirilib ki, avtobusların yanlış dayanması nəticəsində yolun 3 zolağı tutulub. Bu da yolun həmin hissəsində nəqliyyatın hərəkətini çətinləşdirib.