“Fənərbağça”nın formasını geyinən Marko Asensionun İspaniya La Liqasında çıxış etmək ehtimalı yaranıb.

Gunxeber.Az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Vilyarreal” klubu ispaniyalı vingeri heyətinə qatmaq niyyətindədir.

İspaniya təmsilçisinin bu keçid üçün 15 milyon avro ödəməyə hazır olduğu bildirilir. Lakin “Fənərbağça” rəhbərliyi 30 yaşlı futbolçu üçün ən azı 20 milyon avro tələb edir və bu məbləğdən aşağı təklifləri dəyərləndirmək istəmir.

Xatırladaq ki, cari mövsümdə “sarı-lacivərdlər”in heyətində 29 qarşılaşmaya çıxan Asensio məhsuldarlığı ilə seçilib. O, rəqib qapılarına 12 dəfə yol tapıb və 9 məhsuldar ötürmə ilə yadda qalıb.