“Apple” şirkəti vacib əşyaları izləməyə kömək edən “AirTag” mini brelokunun yeni versiyasını təqdim edib.
Gunxeber.Az xəbər verir ki, cihaz daha uzun məsafədə aşkarlanmanı təmin edən təkmilləşdirilmiş ikinci nəsil çipə malikdir.
Eyni çip “iPhone 17” modelində də istifadə olunur.
Bu çip itirilmiş əşyanı tapmağı asanlaşdırır. Dəqiq axtarış funksiyası istifadəçilərə itirilmiş əşyaları əvvəlkindən 50% daha uzaq məsafədə tapmağa kömək edir.
“AirTag 2” həmçinin yenilənmiş “Bluetooth” modulu və təkmilləşdirilmiş dinamikə malikdir.






