Görüş zamanı “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər, ümumi təhsil müəssisələrinin optimallaşdırılması prosesi, eləcə də IV-VI sinif şagirdlərinin bilik və bacarıqlarının qiymətləndirilməsinə dair monitorinqə hazırlıq məsələləri müzakirə olunub.
Eyni zamanda tədris ilinin yekunlarına dair ilkin təhlillər aparılıb, əldə olunan nəticələr qiymətləndirilib və qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.











