Abşeronda zavodda baş verən faciə ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI

Yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə GuNXeBeR.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir