
Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.
Qəza zamanı 77-CD-523 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobillə 75-TA-336 dövlət nömrəli nişanlı “NAZ-Lifan” (taksi) avtomobili toqquşub.
Hadisə nəticəsində taksinin sürücüsü, 1988-ci il təvəllüdlü Sərxan Kamran oğlu Cəfərov vəfat edib. Avtomobildə olan digər sərnişin isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
