Martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Gunxeber.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan, Qobustan, Neftçala, Yardımlı, Lerik, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qusar, Naxçıvan, CulfaOrdubadda fasilələrlə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.