![](https://gunxeber.az/wp-content/uploads/2025/02/Yevlax-Səhər-Icra-Hakimiyyətinin-Bascisi-Anar-Tagiyev.jpg?v=1739425403)
GunXeber.Az Xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən rayonun Aran qəsəbəsində keçirilən səyyar vətəndaş qəbulu zamanı qəsəbə sakini 2-ci qrup gözdən əlil Əmirova Səidə Köçdü qızı müraciət edərək 1-ci qrup əlil övladları, Səfiyarlı Kənan Səfər oğlu və Əmirov Sənan Səfər oğlunun əlil arabasına ehtiyacı olduğunu bildirmiş, araba ilə təmin olunmasında köməklik göstərilməsini xahiş etmişdir.
Vətəndaşın səsləndirdiyi müraciətlə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti quruma müraciət edilməsi nəticəsində Səidə Əmirovanın övladları əlil arabaları ilə təmin olunublar.
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/1000475207.jpg?v=1739425310)