![](https://gunxeber.az/wp-content/uploads/2025/02/Yangin-1.jpg?v=1739345576)
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda, ilkin məlumata görə, sex ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub”.
GunXeber.Az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:
“Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində sexin ərazisində tullantıların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb”.