![](https://gunxeber.az/wp-content/uploads/2025/02/1738960843267660889_1200x630.jpeg)
Zaqatala şəhərinin mərkəzində, Bayraq meydanında minik avtomobili aşıb.
Gunxeber.az-a bölgə müxbiri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadla bildirir ki, qəza nəticəsində Balakən rayon Mahamalar kənd sakini, 33 yaşlı Orxan Paraşov və Zaqatala rayon sakini, 36 yaşlı Sabir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxananın cərrahiyyə korpusuna yerləşdiriliblər.
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.