Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “QAZel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan 44 yaşlı Beyləqan rayon sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində həlak olub.

“Mercedes”in sürücüsü Bakir Qardaşxanov və onun sərnişinləri – Sərvan Mahmud oğlu Qalsanov, Rauf Vüqar oğlu Ağalarzadə və Brilyant Təbriz qızı Atakişiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.