Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilib.
Gunxeber.Az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, mərhum siyasətçi 78 yaşında Türkiyədə dünyasını dəyişib.
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.
Gunxeber.Az bu barədə Manset.az-a istinadən xəbər verir.
Qeyd olunub ki, o, Türkiyədə dünyasını dəyişib. Fəzail Ağamalının qızı, millət vəkili Günay Ağamalı faktı təsdiqləyib.
Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.






