UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl Yunayted” – “Qarabağ” qarşılaşmasının azərbaycanlı azarkeşlər üçün biletləri bu gündən satışa çıxarılacaq.

Bu barədə Gunxeber.Az-a Ağdam təmsilçisindən məlumat verilib.

Bildirilib ki, azarkeşlər saat 15:00-dan İticket.az saytından biletləri əldə edə bilərlər.

Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində “Qarabağ” Bakıda “Nyukasl Yunayted”ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.