Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyevin son durumu açıqlanıb.

Bu barədə Gunxeber.Az-a Kliniki Tibbi Mərkəzin məlumat verilib.

Bildirilib ki, 1981-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ona qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər – Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil veriliblər.