Yevlax sakini evində ona vurulan iynədən şoka düşərək ölüb.
Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 54 yaşlı Z.Quliyevə sağlamlığında yaranan problem səbəbindən evində antibiotik tərkibli dərman inyeksiya yolu ilə yeridilib.
Bundan sonra onun halı pisləşərək şoka düşüb. Zərərçəkən Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.





