ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) “Signal” mesajlaşma tətbiqindəki qrup söhbətləri ilə bağlı araşdırmaya başlayıb.
Gunxeber.Az xəbər verir ki, bu barədə FTB-nin direktoru Keş Patel “Fox News”a verdiyi müsahibədə bildirib.
Qeyd olunub ki, “Signal” çat xidmətindən Minnesota ştatındakı solçu fəallar immiqrasiya polisinə və digər federal hüquq-mühafizə orqanlarına qarşı çıxmaq üçün istifadə edirlər.
“Biz insanları izləmirik və dinc etirazlar zamanı onların söz azadlığını pozmuruq, silah gəzdirmək hüququna görə də insanları təqib etmirik. Yalnız kimsə zorakılığa təhrik edirsə və ya hüquq-mühafizə orqanlarını hədələyirsə, bu, artıq araşdırma mövzusu olur. Ona görə də, FTB “Signal”dakı mesajlarla bağlı araşdırmaya başlayıb” – K.Patel deyib.
Onun sözlərinə görə, FTB bu platforma vasitəsilə bir neçə sağçı fəalın federal hakimiyyət orqanlarına qarşı çıxmaq barədə təlimatlar və immiqrasiya polisi ilə açıq qarşıdurmaya getməyə dair mesajlar göndərdiklərini fiksə edib.






