Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.
Gunxeber.Az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq.






