20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Gunxeber.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
“20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”, – deyə məlumatda bildirilib.






