Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə Quzanlı-Əfətli avtomobil yolunun Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili piyadanı vurub. Xəsarət alan şəxs dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.