2025-ci il ərzində hüquqpozma predmeti kimi 41 milyon 758 min 798 ədəd xaricdə istehsal edilən siqaret dövriyyədən çıxarılıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, həmçinin 1 440 litr spirtli içki, 91 782.44 litr energetik içki aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.