Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.

Bu barədə Gunxeber.Az-a məlumat daxil olub.

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Gunxeber.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Qeyd olunub ki, Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və sərnişinlər məlumatlandırılacaqlar.

“Yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edirik. Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az”, – deyə məlumatda bildirilir.