Real TV, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə layihəsi çərçivəsində, Vasif Akiflinin təqdimatında hər həftənin çərşənbə günü saat 16:20-də canlı yayımlanan “Vasif Akifli ilə İnsan” verilişinin növbəti buraxılışı 07 yanvar 2026-cı il tarixində efirə gedib.

Gunxeber.Az-ın məlumatına görə, canlı yayımda bu dəfə “İcbari tibbi sığorta ilə göstərilən hamiləlik və doğuş xidmətləri” mövzusu geniş və əhatəli şəkildə müzakirə olunub.

Verilişin qonaqları:
TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Hicran Kazımova
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin aparıcı məsləhətçisi Arzu İbrahimova olub.

Müzakirə zamanı icbari tibbi sığorta çərçivəsində:
• hamiləlik dövründə dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlər,
• doğuş prosesinə dair tibbi prosedurlar,
• ana və körpə sağlamlığının qorunması,
• vətəndaşların hüquqları və xidmətlərdən istifadə qaydaları

ilə bağlı mühüm məqamlar izah edilib, tamaşaçıları maraqlandıran suallar canlı yayımda cavablandırılıb.

Qeyd edək ki, Real TV, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “Vasif Akifli ilə İnsan” verilişi səhiyyə sahəsində ictimai maarifləndirməni gücləndirməyi hədəfləyir və hər həftə aktual tibbi mövzuların müzakirəsi ilə davam edir.

YouTube player