Ağdam rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə Xocalı şəhərində baş verib.

Xocalı rayon ərazisində təmir-bərpa işi görən zaman Ağdam rayon sakini Nüşirəvan Əliyevi ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. N.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.