Lerik rayonunda avtomobil çaya aşıb.
Gunxeber.Az-ın məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun 33-cü kilometrliyində baş verib.
“Nissan-Altima” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərədən keçən çaya aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil ciddi ziyan dəyib.
İlkin ehtimala görə, hadisə yolun hərəkət hissəsinin sürüşkən olması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.






