Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetməni itirərək Mil-Muğan kanalına düşüb.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, avtomobili idarə edən qadın və nəqliyyat vasitəsində olan şəxslər toy mərasiminə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.