Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır" - GuNXeBeR.aZ - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

GuNXeBeR.aZ

gunxeber.az, gunxeber, gun xeber

GuNXeBeR.aZ - Xeber Sayti Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumatlar

Politoloq: “Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır”

“Aİ-nin Ermənistandakı missiyasının uzadılması həm Rusiya, həm də Azərbaycan əleyhinə addımdır”.

GuNXeBeR.Az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Avropa İttifaqının Ermənistan-Azərbaycan şərti sərhədində kəşfiyyat missiyasının müddətinin uzadılmasını istəməsi heç də təəccüblü deyil. Xüsusilə də Ermənistanın konkret olaraq Qərbə doğru sürüklənməsi, yenidən silahlanması, qanunvericilik aktlarına ölkənin gələcək Avropa Birliyinə daxil olması barədə dəyişikliklər hazırlaması fonunda kəşfiyyatçıların bölgədə qalmasına heç də təəccüblənmək lazım deyil. Başa düşməliyik ki, bu, həm Rusiya, həm də Azərbaycan əleyhinə bir addımdır. Belə bir vəziyyətdə Azərbaycanla Rusiya bu problemi həll etmək üçün birgə səylər göstərməlidir”, – deyə o izah edib.

Politoloq, həmçinin Donald Trampın (ABŞ-nin yeni seçilmiş prezidenti – red.) inaqurasiyasından sonra çox şeyin dəyişəcəyinə əmin olduğunu bildirib.

Daha ətraflı videoda:

YouTube player

ILK-10 Azeri Website Directory ILK-10 Azeri Website Directory MobTop.az