Bakıda 42 yaşlı qadın dəm qazından boğulub.
Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Ə.Əzimzadə küçəsində baş verib.
Həmin ünvanda yaşayan, 1983-cü il təvəllüdlü Aygün Abid qızı Əliyeva evin hamamında çimərkən dəm qazından boğulub. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.






