Son günlər Mədəniyyət Nazirliyi ətrafında baş verən proseslər ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Teatr və yaradıcılıq kollektivlərindəki narazılıqlarla yanaşı, Nazirliyin mövqeyini əks etdirən rəsmi açıqlamalar da ard-arda yayılır.

Məsələ bu gün Baku TV-nin canlı efirində yayımlanan “Aktual gündəm” proqramında geniş müzakirə olunub. Proqramda Mədəniyyət Nazirliyinin müşaviri Oleq Əmirbəyov və Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova qonaq qismində iştirak ediblər.

Elçin Əlibəylinin moderatorluğu ilə keçirilən debatda gərginlik yaşanıb. Verilişə qoşulan bir sıra musiqiçilər Nazirlik rəsmilərinə etirazlarını bildirərək dövlət tədbirlərinə dəvət olunmadıqlarını vurğulayıblar.

Gərgin debatdan yadda qalan məqamları təqdim edirik: