Ağstafada bədbəxt hadisə baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Vəli Zeynalovu yaşadığı evdə elektrik cərəyanı vuraraq öldürüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.