Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin silahlı qüvvələrinə məxsus “C-130” hərbi təyyarəsinin qəzaya uğraması barədə danışıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

“Azərbaycandan ölkəmizə gələn təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını dərin kədərlə öyrəndik. Axtarış-xilasetmə işlərini müvafiq orqanlarla əlaqələndirməyə davam edirik. Ümid edirik ki, bu qəzadan ən az itki ilə çıxacağıq. Allah şəhidlərimizə rəhmət eləsin və dualarımız onlarla birlikdədir”, – deyə dövlət başçısı bəyan edib.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.