İmişlidə DƏHŞƏTLİ QƏZA: DYP avtomobili iki uşağın ölümünə səbəb oldu

İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki uşaq həyatını itirib.

Bu barədə GuNXeBeR.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yol Polisi (DYP) avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib:

“Onlardan ikisi həyatını itirib, digər azyaşlılar və sürücü isə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır”.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir