İsmayıllı rayonunda vətəndaşların sosial rifahının yüksəldilməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması və həllinə nail olunması məqsədilə səyyar qəbullar davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən bu görüşlərdən biri də rayonun Köhnədaxar kəndində baş tutub.
Gunxeber.Az-ın məlumatına görə, qəbul zamanı kənd sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilib. Sosial, təsərrüfat, infrastruktur və digər sahələrlə bağlı səsləndirilən problemlərin bəziləri yerindəcə həllini tapıb, daha geniş araşdırma tələb edən məsələlər isə qeydiyyata alınıb və nəzarətə götürülüb. İlgili qurumlara tapşırıqlar verilib, həlli vacib olan məsələlərlə bağlı konkret addımlar atılacağı bildirilib.
Səyyar qəbullar zamanı vətəndaşlarla birbaşa təmasda olmaq, onların gündəlik həyatında qarşılaşdığı çətinlikləri dinləmək və bu problemlərə real yanaşmalar göstərmək yerli icra strukturlarının əsas prioritetlərindən biri kimi dəyərləndirilir.
Belə görüşlər eyni zamanda dövlət-vətəndaş dialoqunun güclənməsinə, əhalinin dövlət orqanlarına olan inamının daha da möhkəmlənməsinə xidmət edir.























