Gunxeber.Az bildirir ki, rayon rəhbəri qocaman təhsil fədaisini yubileyi münasibətilə təbrik edib, təhsil sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirərək ona uzun ömür, can sağlığı arzulayıb. Ona RİH başçısının təşəkkürnaməsini və qiymətli hədiyyə təqdim edib.

Qalib müəllim öz növbəsində ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlığını ifadə edib.

Məlumat üçün bildirək ki, Bəşirov Qalib Zakir oğlu 1955-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. 1961-1971-ci illər İsmayıllı şəhər 1saylı orta məktəbində orta təshil almışdır. 1972-ci ildə S.M.Kirov adına ADU-nun fizika fakültəsinə daxil olan Q. Bəşirov 1977-ci ildə İsmayıllı şəhər 3 saylı orta məktəbində fizika müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1980-1981-ci illərdə 138 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1981-1984-cü illərdə Rayon Komsomol komitəsində əvvəlcə komsomol təşkilatları şöbəsinin müdiri, sonra Rayon komsomol komitəsinin III katibi vəzifəsində işləmişdir. 1984-1986-cı illərdə Rayon Partiya komitəsində təlimatçı işləmişdir.

Qalib Bəşirov 1986-ci ildən İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb. Məktəbə rəhbərlik etdiyi dövrlərdə məktəb yüksək nəticəsi ilə seçilmiş, məzunlardan çoxlu sayda yüksək balla ali məktəblərə qəbul, olimpiada və digər müsabiqə qalibləri olmuşdur.

Qalib Bəşirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

Qalib müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona sağlam və uzun ömür arzulayırıq