Bu gün saat 18:30-da yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1947, 1970 və 2009-cu il təvəllüdlü şəxslərə döş qəfəsinin əziyi, burun, yanaq, gicgah sümüklərinin sınığı, boyunun və müxtəlif nahiyələrin səthi travması diaqnozları təyin olunub.

Vəziyyəti ağır qiymətləndirilən 1947-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.

Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, zəncirvari qəza 17:30-da, Fatmayı-Novxanı avtomobil yolunda qeydə alınıb.

İSUZU, “Mercedes-Benz” və KIA markalı nəqliyyat vasitələri toqquşublar.

Qəza nəticəsində “Mercedes-Benz”in sürücüsü Nigar Abdullayeva və avtomobildə olan iki sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.