Avtobusdan düşüb yolu keçən tələbə qızı maşın vurub öldürdü

Masallı rayonunda piyadavurma hadisəsi baş verib.

GunXeber.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində – Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi “Mercedes-Benz” markalı, 10-UT-770 dövlət nömrə nişanlı avtomobillə yolu keçən kənd sakini, 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova orada ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, universitetlərdən birinin tələbəsi imiş.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir