Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlara medallar və vəsiqələr təqdim olunub. Təltifetmə mərasimi bu gün Gənclər və İdman Nazirliyində baş tutub.
Medalları və müvafiq vəsiqələri əməkdaşlara şəxsən Gənclər və İdman naziri cənab Fərid Qayıbov təqdim edib.
Tədbir zamanı təltif olunan əməkdaşlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulanıb və onların peşəkarlıqlarının gənc nəsil üçün nümunə olduğu qeyd olunub.









