Bakıda xəstəxanada qadın qəfil vəfat edib.
GuNXeBeR.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib.
Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Leave a Reply