Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gunxeber.Az-ın məlumatına görə, hadisə Mahamalar kəndi ərazisində qeydə alınıb.

Qeyd olunub ki, Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Gunxeber.Az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.