Metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Gunxeber.Az-a verilən xəbərə görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.