Bəzi ərazilərə qar yağır – FAKTİKİ HAVA – 16.01.2025

Saat 17:00-a olan məlumata əsasən Pirallahı, Çilov adası, Neft Daşları, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Şahdağda qar yağır.

Bu barədə Gunxeber.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Çilov adası, Naxçıvan, Şahbuz, Culfa, Gəncə, Balakən, Qəbələ, Balakən, Yevlax, Göyçay, Lerik, Şəkidə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 8, Naxçıvan MR-da 1, dağlıq rayonlarda 7 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə GunXeber.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Saat 09:30-a olan məlumata əsasən, bəzi şimal və şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub.

Düşən yağıntının miqdarı Astara, Lənkəranda 6, Neftçala, Oğuzda 4, Şamaxı, Qobustanda 3, Qəbələ, Göyçay, Balakən, Zaqatala, Şəki, Quba, Qrız, Biləsuvar, Şabran, Xaçmaz, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm qeydə alınıb.

Yevlax, Göyçay, Lerik, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Şəmkir, Naftalan, Göygöl, Naxçıvan, Sumqayıt, Qax, Qrızda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 8 dərəcəyədək şaxtadır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir