Ağstafada qətl törədən qadın saxlanıldı

Ağstafada qətl törədən qadın saxlanıldı.

GuNXeBeR.Az-ın məlumatına görə, yanvarın 9-da gecə saatlarında Ağstafa rayonu Dağkəsəmən kəndində yaşadığı evdə 61 yaşlı Fatma Musayeva kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir